Obamadan neftə görə 10 dollarlıq vergi təklifi

Obamadan neftə görə 10 dollarlıq vergi təklifi
  05 Fevral 2016    Oxunub:2224
ABŞ prezidenti Barak Obama 2017-ci maliyyə ili büdcəsində neftin hər barelinə görə 10 dollar həcmində vergi tətbiq olunmasını təklif edəcək.
Bu barədə Ağ evin məlumatında bildirilir. Məlumata görə, bu vəsait ekoloji təşəbbüslər və infrastruktur tikintisinin maliyyələşdirilməsinə yönələcək.

Güman edilir ki, vergini neft şirkətləri ödəyəcək, yığımlar isə şəhər nəqliyyatı və yüksək sürətli dəmir yol magistrallarının tikintisi, ekoloji təmiz nəqliyyat növləri və robotlaşdırılmış avtomobillərin tətbiqi üçün istifadə olunacaq. Respublikaçılar tərəfindən idarə olunan Konqresin bu təşəbbüsü rədd edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti