`Rusiyanın mövqeyini dəstəkləyirik` – İsrail prezidenti

`Rusiyanın mövqeyini dəstəkləyirik` – İsrail prezidenti
  04 Fevral 2016    Oxunub:2114
İsrail prezidenti Reuven Rivlin Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko ilə görüşüb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş zamanı İsrail prezidenti Suriya məsələsində Rusiya ilə ortaq mövqedə olduqlarını bildirib.

“İŞİD dünyanın ən böyük təhlükələrindəndir. Ona qarşı birlikdə mübarizə aparmalıyıq. Buna görə də Rusiyanın Suriya məsələsindəki mövqeyini dəstəkləyirik”.

Tərəflər Yaxın Şərqlə yanaşı, bəzi ölkələrdə faşizmin dirçəlməsi ilə bağlı müzakirələr aparıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti