Anjey Kaspşik Qarabağa gəldi

Anjey Kaspşik Qarabağa gəldi
  03 Fevral 2016    Oxunub:1517
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.
Kaspşik qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüb.

Görüş zamanı təmas xəttindəki vəziyyət və Anjey Kaspşikin ofisinin gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

Səfərin məqsədi sabah Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçiriləcək monitorinqdə iştirak etməkdir. Azərbaycan tərəfdən monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Peter Svedberq, Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi Anjey Kaspşiklə yanaşı onun səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx izləyəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti