Türkiyədə neft emalı zavodu yandı - VİDEO

Türkiyədə neft emalı zavodu yandı - VİDEO
  03 Fevral 2016    Oxunub:1728
Türkiyənin İzmir vilayətində yerləşən "Tüpraş" neft emalı zavodunda güclü yanğın baş verib.
AzVision.az xəbər verir ki, Türkiyə vaxtı ilə saat ilə 15:15-də başlayan yanğın artıq söndürülüb.

Yanğının səbəbi hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Tüpraş" şirkətinin (Türkiye Petrol Rafinerileri A.Ş.) Kocaeli, Kırıkkale, Əliağa və Batmanda neft emalı zavodları mövcuddur.




Teqlər:  





Xəbər lenti