ABŞ təyyarəsi Türkiyədə qəzaya uğradı

ABŞ təyyarəsi Türkiyədə qəzaya uğradı
  03 Fevral 2016    Oxunub:2164
Türkiyənin Adana şəhəri yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə aid olduğu ehtimal edilən pilotsuz uçan aparat qəzaya uğrayıb.
AzVision.az "Habertürk"ə istinadən xəbər verir.

Pilotsuz uçan aparat Adana şəhərindən 15 km aralıda yerləşən Doğakənd rayonunda qəzaya uğrayıb. Qəzaya uğraya təyyarə kənd təsərrüfatı sahəsinə düşüb.

Məlumata əsasən, polis aparatın düşdüyü yeri nəzarətə götürüb. "İncirlik" aviabazasından hadisə yerinə hərbi ekspertlər gəlib.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat verilmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti