"Qarabağ" "Qalatasaray"ı geridə qoydu
Komanda 142 xalla 77-ci yerdədir və bu pilləni İspaniya “Valensiya”sı ilə bölüşür.
"Qarabağ" bu göstərici ilə “Borussiya” (Mönhenqladbax, Almaniya), “İnter” (İtaliya), MOİK (Rusiya), “Styaua” (Rumıniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa) və “Santos” (Braziliya) kimi komandaları qabaqlayır. Türkiyə klublarından “Qalatasaray” və “Beşiktaş” da Ağdam təmsilçisindən aşağıda qərarlaşıb.
139,50 xalı olan “Qalatasaray” “Qarabağ”dan 5 pillə aşağıda – 82-ci yerdə qərarlaşıb. 132 xalı olan “Beşiktaş” isə 95-cidir.
Ümumiyyətlə, 203 ən yaxşı arasında 4 komanda ilə təmsil olunan Türkiyənin ən yuxarı mövqedə olan klubu “Fənərbağça” 39-cudur – 174,50.
“Qəbələ” 116 xalla 124-cü pilləyə şərik olan 5 klub sırasında qərarlaşıb. Bakı “İnter”i 92 xalla 192-ci yerə şərikdir.
Siyahıya İspaniya “Barselona”sı başçılıq edir – 379. İtaliya klubları “Yuventus” 286 xalla 2-ci, “Napoli” isə 268 xalla 3-cüdür.
Teqlər: