Kosta Rika Azərbaycanda səfirlik açmaq istəyir

Kosta Rika Azərbaycanda səfirlik açmaq istəyir
  07 Yanvar 2016    Oxunub:1563
Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada Kosta Rika Respublikasın 2016-cı ildə Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta Rika Respublikasının bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti