Türkiyə Azərbaycana viza rejimi tətbiq edəcək

Türkiyə Azərbaycana viza rejimi tətbiq edəcək
  07 Yanvar 2016    Oxunub:5370
Türkiyə 2016-cı ilin iyunundan 89 ölkənin vətəndaşlarına viza rejimi tətbiq edəcək.

AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, bu Avropa İttifaqının Türkiyə qarşısında qoyduğu tələbdən irəli gəlir. Bu siyahıya sadəcə Suriya, Əfqanıstan kimi qanunsuz miqrant potensialı olan ölkələr deyil, eyni zamanda, Türkiyəyə xeyli sayda turist göndərən ölkələr də daxildir.

Bu ölkələr arasında Azərbaycanın da var. Bundan başqa siyahıya Ekvador, Makedoniya, Maldivlər, Ukrayna, Gürcüstan, İran, Qazaxıstan, Qırığızıstan, Türkmənistan, Rusiya, Tacikistan da əlavə edilib.

Viza rejimi tətbiq ediləcək dövlətlər xüsusən turistlərin daha çox gəldiyi ölkələrdir. Odur ki, Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişi təmin etməyə hazırlayan Türkiyənin bu addımı turist itkisi baxımından riskli hesab edilir. Belə ki, bu sferanın Rusiya ilə yaşanan gərginlikdən sonra daha dərin böhran keçirəcəyi ehtimal edilir.

Bundan başqa ölkənin sərhəddində viza almaq da mümkün olmayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti