Azərbaycan Milanda 380 milyonluq əmlak alır

Azərbaycan Milanda 380 milyonluq əmlak alır
  06 Yanvar 2016    Oxunub:3502
Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin dövlət investisiya fondları İtaliyanın Milan şəhərində daşınmaz əmlak obyektlərinə 380 milyon ABŞ dolları yatırılması ilə bağlı razılıq əldə edib.
Bu barədə AzVision.az "Wall Street Journal"-a istinadən xəbər verir.

Məlumata əsasən, suveren fondlar investisiya yatırımı ilə bağlı razılığa iki həftə öncə gəlib.

Azərbaycan Dövlət Neft Fondu Milanda yerləşən Maliyyə Palatasına yatırım edəcək.

Əbu-Dabi suveren fondu 1960-cı ildə inşa edilən binaya investisiya yatırmağı planlaşdırır.

Qətərin suveren fondu isə "BNP Paribas S.A."-ya məxsus əmlaka yatırım edəcək.

Aktivlər "Coima SGR" şirkəti tərəfindən idarə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti