Tanınmış müğənnini soydular

Tanınmış müğənnini soydular
  05 Yanvar 2016    Oxunub:3041
Türkiyənin tanınmış müğənnisi Alişanın başına iş gəlib.
Çağla Şikelin doğum günündən çıxan ifaçını soyublar. Belə ki, model Çağla Şikelin doğum günündən çıxan müğənninin pul qabı naməlum şəxslər tərəfindən oğurlanıb. Alişan hadisədən dərhal sonra polisə müraciət edib. O, müraciətində qeyd edib ki, oğurlanan pul qabında kredit kartları, şəxsiyyət vəsiqəsi, 400 dollar və 50 AZN pulu olub. Polisə müraciət etməklə yanaşı, mətbuata da müraciət ünvanlayan müğənni hadisədən bir gün sonra gözlənilməz halla qarşılaşıb.

Belə ki, oğurluq edən şəxslər Alişanın yaşadığı evin önünə gələrək, pul qabını onun qapısının ağzına qoyublar. Pul qabının içində isə Alişanın şəxsiyyət vəsiqəsi və kredit kartları olub. Qapısının önündə pul qabını tapan ifaçı isə bu sözləri deyib: “Pulumu oğurlayana halal olsun, heç olmasa, şəxsiyyət vəsiqəmi və kredit kartlarımı qaytardı”. (lent.az)


Teqlər:  





Xəbər lenti