Rusiya Ermənistana hərbi təyyarələr göndərir

Rusiya Ermənistana hərbi təyyarələr göndərir
  05 Yanvar 2016    Oxunub:2919
Rusiyanın Ermənistandakı Erebuni aviabazasına ilin ikinci yarısında "MiQ-29" çoxhədəfli yüngül qırıcıları gətiriləcək.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti xəbər yayıb.

"2016-ci ilin ikinci yarısında Rusiyanın Ermənistan Respublikasında yerləşən Erebuni bazasına dördüncü nəsil "MiQ-29" çoxhədəfli yüngül qırıcıları və 1 ədəd "Mi-8" nəqliyyat vertolyotu gətiriləcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri dekabrın 8-i və 21-i Ermənistandakı bazaya hərbi və nəqliyyat helikopterləri göndərib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti