ABŞ-da 11 uşaq girov götürüldü - YENİLƏNİB
Bu barədə AzVision.az `Fox News`-a istinadən xəbər verir.
Məlumata əsasən keçirilən xüsusi əməliyyat nəticəsində insanları girov götürən şəxs yaralanıb.
***
16:55
Amerikanın Corciya ştatında, Atlanta yaxınlığında moteldə 11 uşaq və qadın girov götürülüb.
Bu barədə AzVision.az `NBC News`-a istinadən xəbər verir.
Məlumatda girovların bir kişi tərəfindən saxlanıldığı ehtimal edilir.
Hadisə zamanı girov götürülən uşaqların yaş həddinin 17 yaşdan 3 aya qədər olduğu qeyd edilir.
Girov götürülən qadın 911-ə zəng etməyə imkan tapıb.
Hadisə yerində xüsusi təyinatlılar dəstəsi, polis və xilasedicilər cəlb olunub.
Eldar Tanrıverdiyev
AzVision.az