Türkiyə İranla Səudiyyəni barışdırmaq istəyir
Məlumata əsasən bu barədə Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxışı zamanı bildirib. O, həmçinin ölkələr arasında gərginliyin aradan qaldırılması üçün diplomatik kanalların istifadə olunmasının vacibliyini diqqətə çatdırıb: “Təcili olaraq diplomatik kanalları istifadə etmək lazımdır. Türkiyə bu problemin aradan qaldırılması üçün istənilən konstruktiv köməyi təklif etməyə hazırdır”.
Qeyd edək ki, şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edam olunması İranda kütləvi iğtişaşlara səbəb olub. Bundan sonra iranlılar Səudiyyə Ərəbistanının bu ölkədəki diplomatik nümayəndəliklərinə hücum edilib.
Hadisədən dərhal sonra Səudiyyə Ərəbistan, Bəhreyn, Sudan və Küveyt İranla diplomatik münasibətləri kəsdiyini bəyan ediblər.
Eldar Tanrıverdiyev
AzVision.az