Yarım əsrlik münaqişə: İran-Səudiyyə münasibətləri – TARİXÇƏ
Lakin tarixə qısaca nəzər salsaq, görərik ki, sözü gedən dövlətlər arasında olan gərginlik əvvəllər də müşahidə olunub.
Ümumi olaraq nəzər yetirsək, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin 1979-cu il İslam inqilabından bu günə kimi elə də müsbət xarakter daşımadığının şahidi olarıq.
İki dövlət arasındakı gərgin münasibətləri illər üzrə aşağıdakı kimi sıralaya bilərik:
1987-ci il: Səudiyyə hüquq-mühafizə orqanlarının İranpərəst nümayişçilərə müdaxiləsi nəticəsində 300-ü iranlı olmaqla 400 nəfər öldü. Nəticədə, Tehranda Səudiyyə Ərəbistanı səfirliyi dağıdıldı.
1988-ci il: Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsdiyini bəyan etdi. Əlaqələr 1991-ci ildə normallaşdı.
2003-cü il: ABŞ İraqı işğal etdikdən sonra hakimiyyəti şiələrə verdi. Bu isə Ər-Riyadın narahatlığına səbəb oldu. Nəticədə, iki dövlət arasındakı münasibətlər gərginləşməyə doğru getdi.
2007-ci il: İranın İraqda artan nüfuzu və Körfəzdəki şiələrin siyasi iddialar qaldırması bölgədə gərginliyi daha da artırdı.
2011-ci il: Səudiyyə Ərəbistanı “Ərəb baharı” zamanı Bəhreyndə İranın dəstək verdiyi şiə hərəkatını yatırdı.
2011-2015-ci illər: Suriyada vətəndaş müharibəsi davam edərkən İran və “Hezbullah” Əsədə, Səudiyyə Ərəbistanı isə müxalifətə dəstək verdi. İran və “Hezbullah” bəzi hallarda Əsədə hərbi yardım etməkdən belə çəkinmirdi.
2015-ci il mart: Səudiyyə Ərəbistanı Yəməndə İranın yaxından dəstək verdiyi husilərə qarşı hərbi əməliyyatlara başladı.
2015-ci il iyul: İranla “altılıq” ölkələri arasında razılaşmanın baş tutması körfəz ölkələrinin, o cümlədən, Səudiyyə Ərəbistanının ciddi narazılığına səbəb oldu.
2015-ci il sentyabr: Minada yaşanan izdiham nəticəsində yüzlərlə iranlı həyatını itirdi. İran hakimiyyəti Səudiyyə Ərəbistanını real rəqəmləri gizlətməkdə günahlandırdı.
Femida.az
Teqlər: