Küveyt də İrandakı səfirini geri çağırdı

Küveyt də İrandakı səfirini geri çağırdı
  05 Yanvar 2016    Oxunub:1388
Küveyt İrandakı səfirini geri çağırıb.
AzVision.az xəbər verir ki, buna səbəb İranla Səudiyyə Ərəbistanın arasında yaşanan diplomatik qalmaqaldır.

Qeyd edək ki, Səudiyyənin aralarında şiə şeyxi olmaqla, 47 nəfəri edam etməsindən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib. Səudiyyə Ərəbistanı, ardınca Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan da Tehrandakı səfirlərini geri çağırmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti