Con Kirbi motosikletdən yıxıldı

Con Kirbi motosikletdən yıxıldı
  05 Yanvar 2016    Oxunub:2500
ABŞ Dövlət Departamenti rəsmi nümayəndəsi, ehtiyatda olan admiral Con Kirbi yeni il tətili zamanı motosikletdən yıxıldığını etiraf edib.
AzVision.az xəbər verir ki, bu barədə o, 2016-cı ilin ilk brifinqində jurnalistlərlə görüşü zamanı bildirib.

“Görünür, mən motosikletlə yox, velosipedlə getməliyəm”, - deyə Kirbi qeyd edib.

Jurnalistlərdən biri Kirbiyə dövlət katibi Con Kerrinin velosipeddən yıxıldığını xatırladıb. Kirbi hadisənin nə vaxt və harada baş verdiyini açıqlamayıb.

Qeyd edək ki, mayın 31-i Cenevrədə gəzinti zamanı Con Kerri velosipeddən yıxılmışdı. Bundan sonra dövlət katibi xəstəxanaya aparılmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti