Ərəblər İranla barışıq şərtini açıqladılar

Ərəblər İranla barışıq şərtini açıqladılar
  05 Yanvar 2016    Oxunub:2726
Səudiyyə Ərəbistanının BMT-dəki rəsmi nümayəndəsi Abulla Əl-Muəllimi bəyan edib ki, İranla münasibətlər rəsmi Tehranının Krallıq da daxil olmaqla başqa ölkələrin daxili işlərinə qarışmağı dayandırdıqdan sonra bərpa oluna bilər.
Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

Bundan əlavə, səfir iki ölkə arasında yaşanan gərginliyin Suriya və Yəməndə münaqişələrin nizamlanması üzrə siyasi dialoqa təsir etməyəcəyini və Ər-Riyadın Suriya üzrə gələcək danışıqları blok etməyəcəyini qeyd etməyib.

Qeyd edək ki, şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edam olunması İranda kütləvi iğtişaşlara səbəb olub. Bundan sonra iranlılar Səudiyyə ərəbistanının bu ölkədəki diplomatik nümayəndəliklərinə hücum ediblər.

Bu hadisədən dərhal sonra Səudiyyə Ərəbistan, Bəhreyn və Sudan İranla diplomatik münasibətləri kəsdiyini elan edərək, iranlı diplomatlara krallıq ərazisini tərk etməsi üçün 48 saat vaxt qoyub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti