Ərəbistan İranla hava əlaqələrini də kəsdi

Ərəbistan İranla hava əlaqələrini də kəsdi
  05 Yanvar 2016    Oxunub:1573
Səudiyyə Ərəbistanı İranla hava əlaqələrini dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanının İranla diplomatik əlaqələrin kəsilməsi ilə bağlı bəyanatındən irəli gələrək Mülki Aviasiya İdarəsi də İrana və geriyə olan bütün uçuşları dayandırıb.

İdarədən bildirilib ki, aviaşirkətlər lazımi tədbirlər görəcək və əvvəlcədən bilet sifariş edən və ödəniş aparan sərnişinlərə dəymiş ziyanın əvəzini ödəyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti