Sudan da İran səfirini ölkədən qovdu

Sudan da İran səfirini ölkədən qovdu
  04 Yanvar 2016    Oxunub:2582
Sudan rəhbərliyi Tehranda Səudiyyə Ərəbistanının səfirliyinə edilən hücumdan sonra İran səfirinə ölkəni tərk etməsi üçün vaxt verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Omar əl-Bəşər Administrasiyasının yaydığı bəyanatda bildirilir.

“Sudan Respublikası İran səfirini arzuolunmaz şəxs (persona non qrata) elan edib və diplomatik nümayəndəliyin bütün işçilərindən ölkə ərazisini tərk etməyi tələb edib. Bundan əlavə, ölkənin İrandakı səfirinin geri çağırılmasın dair qərar qəbul edilib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı və Bəhreyn də İranla diplomatik münasibətləri kəsdiyini elan edərək, iranlı diplomatlara krallıq ərazisini tərk etməsi üçün 48 saat vaxt qoyub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti