Güclü qar Gürcüstanda həyatı iflic edib
Gürcüstanın Kaxeti və Laqodexi rayonlarında da vəziyyət acınacaqlıdır. Bu bölgələrdə qarın hündürlüyü 90 santimetrə çatıb. Havanın temperaturu isə mənfi 10-20 dərəcə arasında dəyişir.
Hökumət strukturları və könüllülər yolların qardan təmizlənməsinə və elektrik enerjisi verilişinin bərpasına çalışırlar. (Azərtac)