Şiələrlə polis arasında toqquşma

Şiələrlə polis arasında toqquşma
  04 Yanvar 2016    Oxunub:2085
Bəhreyndə şiələrin təşkil etdiyi etiraz aksiyası polislə toqquşma və sonunsunun atəş açması ilə nəticələnib.
Virtualaz.org bildirir ki, bu barədə FransPress agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qarşıdurma paytaxt Manamanın ətrafında başlayıb. Agentlik bildirir ki, polis gözyaşardıcı qazdan, etirazçılar isə yandırıcı maddələrlə doldurulmuş butulkalardan istifadə edib.

Xatırladaq ki, Bəhreyndəki etirazlar şənbə günü Səudiyyə Ərəbistanında aralarında “Əl-Qaidə”nin Səudiyyə qanadının lideri Faris əz-Zəhrani və şiə din xadimi ən-Nimrin də olduğu 47 nəfərin edam edilməsindən sonra başlayıb.


Teqlər:





Xəbər lenti