Səudiyyə Ərəbistanı İran səfirini qovdu

Səudiyyə Ərəbistanı İran səfirini qovdu
  03 Yanvar 2016    Oxunub:4057
Səudiyyə Ərəbistanı ölkəni tərk etmək üçün İran səfirinə 24 saat vaxt verib.
AzVision.az Trend-ə istinadən xəbər veriri ki, Səudiyyə Ərəbistanı Tehranda ölkənin səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına cavab olaraq İranla diplomatik əlaqələrin pozulması haqqında qərar qəbul edib.

Qeyd edək ki, Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.


Teqlər:  





Xəbər lenti