Güclü qar Gürcüstan-Azərbaycan sərhədini bağladı

Güclü qar Gürcüstan-Azərbaycan sərhədini bağladı
  03 Yanvar 2016    Oxunub:2000
Gürcüstan-Azərbaycan və Gürcüstan-Rusiya sərhədinə aparan yolların buz bağlaması və bu ərazidə intensiv qar yağıntıları səbəbindən hərəkət məhdudlaşdırılıb.
Azərbaycan sərhədinə aparan Tbilisi-Bakurtsixe-Laqoxedi magistralının 20-160-cı kilometrliyində tutumu 30 nəfərdən artıq olan avtobusların, qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu haqda Gürcüstanın regional inkişaf və sənayə nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb.

Yeni il bayramı ilə əlaqədar bir çox azərbaycanlıların bayram günlərində Gürcüstana üz tutması onların da bu məhdudiyyətlər nəticəsində sərhəddə ləngiməsi istisna edilmir.

Qeyd edək ki, Gürcüstan daxili işlər nazirliyi 2015-ci il ərzində bu ölkəyə səfər edən azərbaycanlıların sayını açıqlayıb. Ötən 1 milyon 392 min həmyerlimiz qonşu ölkəyə istirahət və digər səbəblərlə səfər edib.(anspress)


Teqlər:  





Xəbər lenti