ABŞ-da silahlı qrup federal binanı işğal edib

ABŞ-da silahlı qrup federal binanı işğal edib
  03 Yanvar 2016    Oxunub:8293
ABŞ-ın Oreqon ştatında 150 nəfərlik qrup, iki fermerin həbsinə etiraz olaraq federal binanı işğal edib. Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Silahlı qrupun binanı zəbt etdikdən sonra çəkilən görüntülərində, onların bütün vətənsevərləri silahları ilə yardıma gəlmələrinə çağırış edilir.

Qrup üzvləri bildirib ki, polis onları binadan zorla çıxarmağa çalışsa, silahlı müqavimət göstərəcəklər. Etirazçı qrup bəyan edib ki, müstəqilliklərini qorumaq üçün bütün vasitələrə əl atacaqlar.

Qeyd edək ki, artıq bir neçə ildir ABŞ Balıq və Vəhşi Təbiət Xidmətləri adlı federal qrumla Nevadada fermerliklə məşğul olan Bundi ailəsi arasında otlaq sahələrindən istifadəyə görə anlaşımamazlıq yaşanır. Hətta ötən il tərəflər arasında silahlı qarşıdurma da yaşanıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti