`Yalnız Allah bilir Türkiyə bu addımı niyə atıb` - Putin

`Yalnız Allah bilir Türkiyə bu addımı niyə atıb` - Putin
  03 Dekabr 2015    Oxunub:4700
Rusiya Türkiyə ilə regional təhlükəsizliyə dair ən həssas məsələlərdə əməkdaşlıq etməyə hazır idi.
AzVision.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

Rusiya lideri Türkiyə rəhbərliyini terrorçulara dəstək verməkdə günahlandırıb: “Buna baxmayaraq, türk xalqı bizə dost xalqdır. Mən hələ də anlaya bilmirəm ki, nəyə görə Türkiyə bu addımı atıb. Yalnız Allah bilir Türkiyə bunu niyə edib. Biz bilirik ki, Türkiyədə kim öz ciblərini doldurur, terrorçulara pul qazanmağa kömək edir. Biz yaxşı xatırlayırıq ki, 1990 və 2000-ci illərdə Şimali Qafqazda fəaliyyət göstərən terrorçular məhz Türkiyədə gizlənib və oradan dəstəklənib. Bununla belə Türkiyə xalqı mehriban və istedadlı xalqdır. Bizim Türkiyədə çoxlu köhnə dostlarımız var.

Qeyd etmək istəyirəm ki, biz onlarla Türkiyə iqtidarını eyniləşdirmirik. Türkiyə iqtidarı Suriyada hərbçilərimizin ölümünə görə birbaşa məsuliyyət daşıyır”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti