Məmmədyarov həmsədrlərlə nəyi müzakirə edib?

Məmmədyarov həmsədrlərlə nəyi müzakirə edib?
  03 Dekabr 2015    Oxunub:1943
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində 2 dekabr 2015-cı il tarixində Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya Federasiyası), Pyer Andryu (Fransa) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişik ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində MQ-nin fəaliyyət proqramı, Azərbaycan və Ermənistan Prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün MQ-nın həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti