Qorbaçov Putinlə Ərdoğanı barışığa çağırdı

Qorbaçov Putinlə Ərdoğanı barışığa çağırdı
  03 Dekabr 2015    Oxunub:3289
SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov Türkiyə ilə Rusiya arasında yaşanan diplomatik qalmaqala münasibət bildirib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Qorbaçov Rusiya ilə Türkiyəni barışığa çağırıb.

“Təəssüf ki, belə bir hadisə yaşandı. Əlaqələrin son bir neçə ildəki vəziyyətə qayıtması üçün çox şeylər edildi. Rusiya və Türkiyə əlaqələrinin pisləşməsi yalnız iki ölkə üçün itki deyil, bu olay Avropaya da zərbə vurur”-deyə Qorbaçov bildirib.

Onun sözlərinə görə, ölkələr arasında dialoq qurulmalı, Türkiyə ilə əlaqələr bərpa edilməlidir.

Qeyd edək ki, Türkiyənin Suriya sərhədində Rusiyaya məxsus qırıcı təyyarəni vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib. Bu olaydan hiddətlənən Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyaların tətbiqinə başlayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti