ABŞ fondu Qarabağda fəaliyyətini dayandırdı

ABŞ fondu Qarabağda fəaliyyətini dayandırdı
  02 Dekabr 2015    Oxunub:2336
Birləşmiş erməni fondu” təşkilatı Ermənistan və Dağlıq Qarabağda fəaliyyətini dayandırıb.
APA-nın xəbərinə görə, bu barədə “Arevelk” nəşrinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, müvafiq qərarın verilməsinə səbəb fondun əsas sponsoru Kirk Kerkoryanın vəfatı olub. Onun vəfatından sonra “Linsi” fondu da fəaliyyətini dayandırıb.

“Birləşmiş erməni fondu” xatırladıb ki, 26 il ərzində ABŞ-dan gələn maliyyə hesabına Ermənistan və Dağlıq Qarabağa 720 milyon dollar məbləğində humanitar yardım göndərilib.


Teqlər:  





Xəbər lenti