Rusiya Sterliqovu Azərbaycana verməyəcək

Rusiya Sterliqovu Azərbaycana verməyəcək
  02 Dekabr 2015    Oxunub:3463
Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş iş adamı German Sterliqov Rusiya İstintaq Komitəsində dindirilib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, Sterliqov ifadə verdikdən sonra bildirib ki, müstəntiqlər ona, Azərbaycanın ona qarşı sürdüyü ittihamlar və Bakıya ekstradisiyası barədə suallar veriblər: "Məni iki müstəntiq dindirdi. Onlar mənə dedilər ki, Rusiya öz vətəndaşlarını ekstradisiya etmir və mənim Azərbaycana təhvil verilməyim barədə söhbət gedə bilməz", - deyə o vurğulayıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən anspress-ə bildiriblər ki, nazirlik Sterliqovun ekstradisiya edilməyəcəyi ilə bağlı dediyi, yaxud biznesmenin səsləndirdiyi fikirləri şərh etmək istəmir: “Ancaq onu deyə bilərik ki, bizim mövqeyimiz Baş Prokurorluğun mövqeyi ilə eynidir və məsələyə bundan sonra da lazımı hüquqi qiymətin verilməsinə çalışırıq”.

Rusiyalı fermer German Sterliqov iyul ayının 4-də ailəsi ilə birlikdə Rusiyadan Qarabağa köçüb.Qarabağda olan Sterliqov həyat yoldaşı və 5 övladı ilə birlikdə təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. İş adamının həyat yoldaşı Alyona Sterliqova isə Azərbaycanın Şuşa şəhərində model evi açmaq qərarına gəlib.


Teqlər:  





Xəbər lenti