Türkiyənin İŞİD-lə neft biznesi var - Rusiya Müdafiə Nazirliyi

Türkiyənin İŞİD-lə neft biznesi var - Rusiya Müdafiə Nazirliyi
  02 Dekabr 2015    Oxunub:2322
Suriyada terrorçuların gündəlik neft satışından gəlirləri iki dəfə azalaraq bir günə 1,5 milyon dollar səviyyəsinə enib.
AzVision.az “NTV”-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Baş Qərargahının Operativ idarəsinin rəisi Sergey Rudskoy bildirib.

Onun sözlərinə görə, aviazərbələr nəticəsində 32 neft emalı kompleksi, 11 neft emalı zavodu, 23 neft tədarük edən kompleks, həmçinin 1080 avtosistern məhv edilib.

Buna baxmayaraq, terrorçularda hələ də gündəlik 200 min barel neft daşımağa imkan verən 8,5 min ton avtosisterni var.
Rusiya hərbçiləri vurğulayıb ki, `qara qızıl` Türkiyəyə daşınır. Buna sübut olaraq rus hərbçiləri peyk görüntülərini təqdim ediblər. Görüntülər neft daşıyan karvanların Suriya-Türkiyə sərhədini keçməsi faktını təsdiqləyir.

“Neft daşımalarının Türkiyəyə gedən üç əsas marşrutu müəyyənləşdirilib. Qərb marşrutu ilə hərəkət edən yük maşınları Türkiyənin Aralıq dənizi sahillərində yerləşən limanlarına, şimal marşrutu – Türkiyə ərazisində yerləşən neft emalı zavoduna, Şərq marşrutu isə Çizrə yaşayış məntəqəsinə gedir. Kəşfiyyat məlumatlarına əsasən Suriya-İraq sərhədində xeyli sayta avtosisternin hərəkətdədir. Daha çox neft daşıyan yük maşınları İraqın Türkiyə ilə sərhədyanı ərazilərində qeydə alınıb”, - deyə Rudskoy bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti