Lavrov Çavuşoğlu ilə görüşdən imtina etmədi

Lavrov Çavuşoğlu ilə görüşdən imtina etmədi
  02 Dekabr 2015    Oxunub:2553
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Serqey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən yayınmayacaq.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Lavrov həmkarının görüşmək təklifinə müsbət yanaşacağını bildirib: “Serbiyanın paytaxtı Belqradda ATƏT Nazirlər Şurasının 22-ci iclasında Mövlud Çavuşoğlu ilə görüşmək barədə təklifi rədd etməyəcəyəm. NATO və Rusiya arasında danışılacaq çox mövzu var, biz bunları müzakirə etməyə hazırıq”.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında görüş keçirilib. Məlumata əsasən, Belçikanın paytaxtı Brüsseldə baş tutan görüşdə Rusiya-Türkiyə münasibətlərindəki son vəziyyət müzakirə edilib. Nazir Çavuşoğlu Türkiyənin öz mövqeyini Rusiyaya necə çatdırmağa çalışıdığına dair cəhdləri barədə Kerrini məlumatlandırıb, dövlət katibi bu cəhdləri dəstəklədiklərini bildirib.


Teqlər:  





Xəbər lenti