`Rusiya qazı olmadan da yaşaya bilərik`– Ərdoğan

`Rusiya qazı olmadan da yaşaya bilərik`– Ərdoğan
  02 Dekabr 2015    Oxunub:4397
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, onun ölkəsi Rusiya qazı olmadan belə keçinə bilər.
Bu barədə AzVision.az “Habertürk”-ə istinadən xəbər verir.

“Bilirsiniz, biz heç də bütün həyatımız boyu maye qaz istifadə etməmişik. Nə vaxtdan maye qazdan istifadə etməyə başladığımız hamıya məlumdur. Bu xalq əzab-əziyyətə öyrəşib. Və söhbət bizim Rusiya qazı olmadan korluq çəkəcəyimizdən getmir. Mən əvvəldə demişəm ki, Rusiyadan başqa biz bir çox ölkələrdən qaz alırıq. Allah köməkliyi ilə biz problemləri həll edəcəyik”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus qırıcı təyyarəni vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Təyyarə olayından hiddətlənən Rusiya Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti