`Bu, Ərdoğan hakimiyyətinin sonu olacaq` – Bəşər Əsəd
Suriya liderinin sözlərinə görə, son hadisələrlə əlaqədar Ərdoğanın əsəbləri dözməyib. Çünki, Rusiyanın müdaxiləsi burada güc balansını dəyişdi: “Ərdoğanın məğlubiyyəti, terror təşkilatlarının məğlub olması onun siyasi karyerasının sonu anlamına gələcək”.
Əsəd, həmçinin əlavə edib ki, Ərdoğan bundan sonra nə etsə də, güc balansını öz xeyrinə dəyişə bilməyəcək: “Terrorizmə qarşı müharibə davam edir. Rusiya dəstəyi daha da güclü olacaq”.
Eldar Tanrıverdiyev
AzVision.az