İran rəsmisi nardaranlıları iğtişaşa çağırdı
Bu barədə AzVision.az “İran.ru”ya istinadən xəbər verir.
Mansur Həqiqətpur Nardaranda baş verən hadisələri pisləyərək bildirib ki, Azərbaycan rəhbərliyi regionda hadisələrdən dərs almalıdırlar.
Həqiqətpur bəyan edib ki, Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq verir, digər tərəfdən şiələrə qarşı zorakılıq tətbiq edir. Onun sözlərinə görə, bu cür hərəkətlərin çox pis nəticələri olacaq.
Eldar Tanrıverdiyev
AzVision.az