Ermənistan müxalifəti etirazlara başlayır
O bildirib ki, bu gündən başlayacaq daimi mitinqlər üçün Azadlıq meydanında çadırlar qurula bilər. Sefilyan qeyd edib ki, hərəkat bununla bağlı şəhər meriyasına müraciət edib, amma hələlik cavab almayıb.
Zhirayr Sefilyan hakimiyyətin referendumadək dəyişəcəyi və Serj Sarkisyanın devriləcəyinə inandığını bildirib.
Dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək. Söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.
Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.
Teqlər: