Parlament Davudoğlu hökumətinə etimad göstərdi
Beləliklə, baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçib.
Səsvermədən sonra Ə. Davudoğlu hökumətə etimad göstərdikləri üçün deputatlara təşəkkürünü bildirib.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən təkrar parlament seçkilərində seçici səslərinin 53,6 faizini yığıb.
Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin 20 faizini, Milliyyətçi Hərəkat Partiyası (MHP) - 11, Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 11,2 faizini toplayıb.
AzVision.az
Teqlər: