İsrail Avropa İttifaqı ilə diplomatik əlaqələri kəsdi
Bu ayın əvvəli Avropa İttifaqi qadağan edilmiş ərazilərdə istehsal edilən məhsulların alınmayacağına dair yeni bəyanatla çıxış edib. İsrail bu addımı ayrı-seçkilik kimi qiymətləndirib və bunun arxasında siyasi motivin daynadığını iddia edir.
Netanyahu diplomatik dondurulmanın detallarına varmayıb və hansı müəssisələrin bundan zərər çəkəcəyini bildirməyib.
Avropa hökumətləri iddia edir ki, 1967-ci ildə baş vermis müharibə zamanı İsrail tərəfindən zəbt edilmiş İordan Çayının Qərb sahili, Şərqi Qüds, Qəzza Zolağı və Suriyanın Qolan Yüksəkliyi İsrailin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə daxil deyil.
Fələstin liderləri bu ərazilərdə israilillilərin tikinti işlərini qanunsuz hesab edir və qəsəbə salınması prosesinin genişləndirilməsinin regionda sülhün əldə edilə bilməməsinə başlıca səbəb olduğunu bildirib.(azadliq.info)