Türkiyə rusların “S-400”-nə “KORAL”la cavab verəcək
“KORAL” hava hücumundan müdafiə sisteminin əhatəsi dairəsi 100 kilometrdir. Belə ki, sistem təhdid yarada biləcək raket, qırıcı və radarların koordinatlarını və istiqamətini dəyişdirməklə yanaşı onun siqnallarını məhv etmək qabiliyyətinə malikdir. Eyni zamanda qarşı tərəfin radarlarının istiqamətini istədiyi yöndə dəyişdirə bilir.
Sistem 2015-ci ildən Türkiyə Silahlı Qüvvələrinin inventarları siyahısına daxil edilib və ilk dəfə Egey dənizindəki hava sərhədinin qorunması üçün İzmirdə quraşdırılıb.
AzVision.az