APA-nın "lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin saytında məlumat yayılıb. Türkiyə və Qazaxıstan prezidentləri ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, aktual regional və beynəlxalq məsələlər, Suriyadakı böhranlı vəziyyət və Rusiyaya məxsus "Su24" təyyarəsinin vurulması ətrafında yaranan insidentlə bağlı fikir mübadiləsi aparıblar.
N. Nazarbayev rəsmi Ankara və Moskvanın münasibətlərin daha da gərginləşməməsi üçün tədbir görəcəklərinə ümid etdiyini bildirib.
AzVision.az