Ərdoğan və Davudoğludan iki fərqli açıqlama
Davudoğlu gələcəkdə belə faciəli hadisələrin baş verməməsi üçün bütün tərəfləri öz hərəkətlərini koordinasiya etməyə çağırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bugünkü açıqlamasında Davudoğludan fərqli olaraq Rusiyaya barış mesajı verib. O, Moskva ilə yaşanan qalmaqala görə, təəssüfləndiyini deyib. Ərdoğan belə hadisələrin bir daha təkrarlanmayacağını bəyan edib.
`Türkiyə ilə Rusiya arasında baş verən hadisələrə görə məyusuq. İki ölkə bir-biri üçün əhəmiyyətlidir. Ümid edirəm ki, oxşar hadisə bir daha təkrarlanmayacaq`.
AzVision.az