Rusiyada daha bir helikopter qəzası - 4 nəfər öldü
Tümen şəhərindən Xantı-Mansiyskə uçan vertolyot neft şirkətlərindən birinin əməkdaşlarını Surqut rayonundakı yatağa aparırmış.
İlkin məlumata görə, “Skol” aviaşirkətinə məxsus vertolyot qəza nəticəsində kiçik hissələrə parçalanıb.
Hazırda qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.