Rusiyada azərbaycanlı ailənin faciəsi
Noyabrın 28-i İrkutskun Novo-Lenino inzibati vilayətində 32 yaşlı ana əvvəlcə 2 və 4 yaşlı iki oğlunu daha sonra isə özünü 8--ci mərtəbədən atıb.
Aldığı xəsarətlərdən qadın yerindəcə dünyasını dəyişib. Hər iki uşaq kritik vəziyyətdə xəstanaya çatdırılsada 2 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun 4 yaşlı qardaşı hazırda İvano-Matreninskaya xəstəxanasında suni nəfəs aparatına qoşulub. Ailə başçısı hadisə baş verən zaman işdə olub.
Hadisə zamanı küçədə polislər olub. Onlar təcili tibb yardım çağırıblar və zərəçəkmişlərə ilk tibbi yardım göstəriblər.
Qonşuların sözlərinə görə, ailə Azərbaycandan olub. (Ans)
Teqlər: