Rusiyada türklərə təzyiqlər artır - 20 tələbə həbs edildi
"İnterfax" xəbər verir ki, Rusiyada yaşayan Türkiyə vətəndaşları RF rəsmi orqanları tərəfindən təzyiqə məruz qalmaları barədə şikayət edirlər.
“Son günlərdə Rusiyanın müxtəlif şəhərlərində yaşayan Türkiyə vətəndaşlarından Rusiya rəsmi orqanlarının nümayəndələri tərəfindən təzyiqə məruz qalmaları barədə səfirliyə şikayətlər daxil olub. Şikayətlə biznesmen, tələbə və sadə vətəndaşlar tərəfindən daxil olur” - səfirliyin məlumatında bildirilir:
“Səfirlik onlarla əlaqə saxlayır, bu şikayətləri dəqiqləşdirdikdən sonra Rusiya Xarici İşlər nazirliyi və müvafiq qurumlara məlumat göndərir. Biz Rusiya hökumətindən bu təzyiqlərin dayandırılmasını gözləyirik”.
Qeyd edək ki, polis əməkdaşları Saratov şəhərində türk tələbələrin qaldığı yataqxanaya basqın edib. Saratov Dövlət Universitetində təhsil alan 100 türk tələbə sorğu-sual edilib, şəxsiyyət vəsiqələri yoxlanılıb. Nakotik istifadəsində şübhəli bilinən 20 türk tələbə həbs olunub.
AzVision.az