Papa 1 milyon adam topladı
Mərasim 1885-1887-ci illərdə yerli kral tərəfindən edam edilən 45 xristian əzabkeşinin – 23 katolik və 22 İngiltərə kilsəsi tərəfdarının müqəddəsləşdirilməsinə həsr olunub. Ayində, həmçinin Uqandanın hazırkı Prezidenti Yoverti Kaquta Museveni də iştirak edib.
Bundan əvvəl Roma Papası Keniyada olub. Səfər proqramında Pantifikin ziyarət edəcəyi növbəti ölkə isə Mərkəzi Afrika Respublikasıdır.