Əliyevlə Sarkisyanın Paris görüşü təxirə salındı
AzVision.az xəbər verir ki, bu haqda Ermənistanın “Qraparak” qəzeti hakimiyyətdəki mənbəyə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparmaq üçün əvvəlcədən nəzərdə tutulan görüş yerini dəyişdiriblər.
“Paris artıq bu görüşün keçirilməsi üçün məqsədəuyğun məkan deyil”,-deyə qəzet qeyd edib.
Prezidentlərin görüşünün nə zaman və harada keçiriləcəi isə məlum deyil.
Qeyd edək ki, Prezidentlərin görüşünün dekabrın 1-də Parisdə keçiriləcəyi bildirilirdi.
AzVision.az