Rusiya Türkiyə ilə vizasız rejimi dayandırır
“Rusiya rəhbərliyi hazırda Rusiya və Türkiyə arasında olan vizasız rejimin dayandırılması barədə qərar qəbul edib. Bu qərar gələn ilin yanvarın birindən qüvvəyə minəcək”, - deyə Lavrov suriyalı həmkarı Valid əl-Müəllimlə birgə keçirdiyi mətbuat konfransda vurğulayıb.
Nazir əlavə edib ki, “bu heç də uydurma təhlükə deyil”. Əksinə, bu təhlükələr olduqca realdır. Biz tam məsuliyyəti ilə bu barədə bəyan edirik”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: