Obama söz verdi: İŞİD-i məhv edəcəyik

Obama söz verdi: İŞİD-i məhv edəcəyik
  22 Noyabr 2015    Oxunub:1790
ABŞ prezidenti Barak Obama "İslam Dövləti" terror qruplaşmasını məhv edəcəyinə söz verib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir.

"İŞİD-in məhv edilməsi sadəcə hədəfimiz deyil, biz bunu mütləq edəcəyik. Biz onları məhv edəcəyik" - Obama Kuala-Lumpurda ASEAN ölkələrinin liderlərinin görüşündə deyib.

ABŞ prezident həmçinin qeyd edib ki, İŞİD liderlərinə ov təşkil etmək, qruplaşmanın maliyyə kanallarını bağlamaq və yaraqlıların zəbt etdiyi əraziləri azad etmək niyyətindədir.


Teqlər:  





Xəbər lenti