Türkiyə təyyarəsində terror təhlükəsi - təcili eniş edildi

Türkiyə təyyarəsində terror təhlükəsi - təcili eniş edildi
  22 Noyabr 2015    Oxunub:2017
"Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə Kanadanın Halifaks şəhərinə təcili eniş edib.
AzVision.az-ın məlumatına görə, təcili enişə təyyarədə bomba olması ehtimalı səbəb olub.

Təhlükə barədə məlumat təyyarə uçduqdan və eşelona çıxdıqdan sonra son dərəcə yüksəklikdə olduğu zaman daxil olub.

Təcili enişdən sonra təyyarədə olan 256 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib. Təyyarəyə fövqəladə xidmətin əməkdaşları cəlb edilib.

Hazırda təyyarənin göyərtəsində itlərin də köməyi ilə axtarış aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti