Daha bir ölkədə terror - 10 nəfər öldü

Daha bir ölkədə terror - 10 nəfər öldü
  22 Noyabr 2015    Oxunub:1728
Kamerunda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 10 nəfər həlak olub.
AzVision.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin şimalında - Nigeriya ilə sərhəddə yerləşən Fotokol şəhərində baş verib.

Xatırladaq ki, “Boko Haram” qruplaşması Niger, Kamerun və Çad ordusunun onlara qarşı apardıqları hərbi əməliyyatlara cavab olaraq bu ölkələrin ərazisində mütəmadi təxribatlar törədir.


Teqlər:





Xəbər lenti