İran OPEK-dən nə xahiş edib?

İran OPEK-dən nə xahiş edib?
  22 Noyabr 2015    Oxunub:1534
OPEK razılaşdırılmış kvotadan artıq neft hasil etməkdədir. Biz onlardan neftin hasilatını kvotaya uyğun olaraq azaltmağı xahiş etdik. Bu, o demək deyil ki, İran neft hasilatının həcmini artırmayacaq.

Bu sözləri İranın Neft naziri Bijan Namdar Zanqane deyib. Nazirin sözlərinə görə, İranın bazara qayıtması məsələsinə baxılması üçün OPEK-ə məktub ünvanlanıb.

Zanqane həmçinin vurğulayıb ki, dekabrın 4-də kvota üzrə yeni sazişin əldə ediləcəyini düşünmür.


Teqlər:





Xəbər lenti